"Bu dəfə göydən yağış deyil, palçıq yağmışdı".
Bunu Qaynarinfo-ya açıqlamasında ekoloq Xosrov Musayev deyib.
Ekoloq bunun səbəbini atmosferin çirkli olması ilə izah edib:
"Bu, birinci dəfə deyil, dəfələrlə belə yağışlar olub. Çirkli yağış maşınların, yarpaqların üzərində aydın görünür. Atmosfer çox çirklidir. Uzun müddət idi ki, belə güclü yağış yağmırdı. Xüsusi ilə də Bakı şəhərində. Demək olar ölkədə olan avtomobillərin yarısı Bakıdadır".
Ekoloq atmosferin çirklənməsinin 60 faizinin paytaxtın payına düşdüyün qeyd edib:
"Digər tərəfdən, Bakı həm də sənaye şəhəridir. Sənaye müəssisələrinin atmosferi çirkləndirməsi nəticəsində çirkli yağışlar yağır. Bir neçə il bundan əvvəl Gürcüstanda qırmızı rəngdə yağışlar yağmışdı. Belə gedərsə, qırmızı yağışlar da görə bilərik".
Bahar Rüstəmli