Xəbər lenti

Göygöl DAİM-ə yeni direktor təyin olundu (FOTO)
Ölkə15:52 13.10.2022

Göygöl DAİM-ə yeni direktor təyin olundu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.
Qaynarinfo xəbər verir ki, bu barədə nazir İnam Kərimov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Elməddin Əhmədov Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru təyin edilib.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının məzunu olan Elməddin Əhmədov Göygöl Rayon İcra Hakimiyyəti və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində məsul vəzifələrdə çalışıb.
Qeyd edək ki, Göygöl DAİM-in əvvəlki direktoru Atəş Avazov bir müddət əvvəl vəzifəsindən azad edilib.