Xəbər lenti

Golden Crown-dan “Ramazan Payı” kampaniyası: Daha 185 ailəyə ərzaq yardımı çatdırıldı (FOTOLAR)
Ölkə06:00 30.05.2019

Golden Crown-dan “Ramazan Payı” kampaniyası: Daha 185 ailəyə ərzaq yardımı çatdırıldı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yeni Zelandiya istehsalı olan Golden Crown kərə yağı markasının başlatdığı "Ramazan payı” kampaniyası davam edir. 
Növbəti yardım paketləri 24 May tarixində Bakıda yaşayan 185 imkansız ailəyə çatdırılmışdır. Ərzaq paketləri 1 kq-lıq GOLDEN CROWN kərə yağı da daxil olmaqla zəruri ərzaq məhsullarından ibarətdir. Kampaniya Ramazan ayının sonuna qədər davam edəcək. Xatırladaq ki, alınan hər 1 kq Golden Crown kərə yağından 1 AZN imkansız ailələrə yardıma sərf olunur! Gəlin, bu müqəddəs ayda paylaşmanın sevincini bölüşək, bir olub bərabərlik yaradaq!
2003-cü ildə əsası qoyulan "Vest Produkt Marketinq” MMC, elə həmin ildən etibarən "Westland Milk Products” şirkəti ilə müqavilə imzalayaraq, MDB ölkələri üzrə "Westland Milk Products” şirkətinin rəsmi distribütoru olmuşdur. "Westland Milk Products” istehsalı olan və "Vest Produkt Marketinq” MMC tərəfindən idxal məhsullardan biri də Yeni Zelandiyada nehrə yağı üsulu ilə 100% təbii inək südündən istehsal edilən GOLDEN CROWN markalı kərə yağlarıdır. "Westland Milk Products” şirkəti 1937-ci ildə Yeni Zelandiyanın qərb sahilinin mərkəzində, Hokitika şəhərciyində fəaliyyətə başlamışdır. Şirkət illərdir keyfiyyətli süd tədarük edən 400 fermer ailəsinə məxsusdur. Ötən 80 ildən uzun müddət ərzində mənəvi dəyərlərini qoruyaraq, 100% təbii süd məhsulları istehsal edən "Westland Milk Products” hazırda Yeni Zelandiyanın ən qabaqcıl şirkətlərindən biridir.