Xəbər lenti

Goranboyda 2 azyaşlını maşın vurdu
Ölkə17:45 02.01.2023

Goranboyda 2 azyaşlını maşın vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Goranboy rayonunda 2 piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qaynarinfo xəbər verir ki, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.
Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 2006-cı il təvəllüdlü Ramil Rzayev və 2005-ci il təvəllüdlü Elgün Musayevi avtomobil vurub.
Hər iki piyada müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma başlanılıb.