Xəbər lenti

Goranboyda bir ailənin 7 üzvünü qətlə yetirənə hökm oxundu - FOTOLAR
Ölkə13:30 24.04.2015

Goranboyda bir ailənin 7 üzvünü qətlə yetirənə hökm oxundu - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncə Ağır Cinayətlər Məhkəməsində bir ailənin 7 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Rafiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Kəpəz TV" xəbər verir ki, hakim Zabil Qasımovun sədrliyi ilə bu gün keçirilən iclasda Azərbaycan Cinayət Məcəlləsinin 10 maddəsi ilə ittiham olunan Rafiq Hüseynova ömürlük cəza verilib.
Qeyd edək ki, ötən il oktyabrın 1-də Goranboy rayonunun Səfikürd kəndində Diləzbər Məmmədovanın yaşadığı evə gələn kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib, 2 nəfəri isə odlu silahla yaralayıb.

Qayanar.info