Xəbər lenti

Goranboyda mərmi partladı - Xəsarət alan var
Ölkə19:19 04.03.2016

Goranboyda mərmi partladı - Xəsarət alan var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Goranboyda mərminin partlaması nəticəsində bir nəfər xəsarət alıb. 

Qaynar.info-nun APA-ya istinadən məlumatına görə, rayonun Xınalı kənd sakini 1970-ci il təvəllüdlü Rauf Hüseynov metal tullantılarını yığan zaman partlamamış döyüş sursatı – mərmi aşkarlayıb. Rauf Hüseynov mərmini “Qazel” markalı avtomobilində zərərsizləşdirərkən partlayış baş verib və o müxtəlif qəlpə yaraları alıb.

Gəncə Şəhər Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilən R. Hüseynovun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır. 

Qaynar.info