Xəbər lenti

Goranboyda müəllimlərin maaşı verilmir
Ölkə13:04 14.11.2014

Goranboyda müəllimlərin maaşı verilmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Goranboy Rayon Təhsil Şöbəsi rayonda çalışan müəllimlərin maaşını ödəmir. Axar.az-a daxil olan məlumata görə, ətraf bölgələrdə çalışan müəllimlər maaşlarını alsalar da, Goranboyda işləyən müəllimlərə sentyabr və oktyabr aylarının əməkhaqqı hələ də ödənməyib.
Adının açıqlanmasını istəməyən müəllimlərdən birinin sözlərinə görə, hər dəfə onlara bir vəd verilir:
“Sentyabrın 15-dən bu yana maaşlarımızı ala bilmirik. Hər həftənin ikinci günü maaşın hesabımıza köçürüləcəyini deyirlər, amma köçürülmür və bu yalanlar davam edir. Rayon Təhsil şöbəsi Maliyyə şöbəsində pulun olmadığını deyir. Artıq üçüncü aydır ki, pul yoxdur. Şayiə gəzir ki, maaşlarımızı yanvarda ödəyəcəklər”.
Məsələ ilə əlaqədar Təhsil Nazirliyinə göndərdiyimiz sorğuya gün ərzində cavab veriləcəyi bildirildi.
Qaynar.info