
Goranboyda bir polis əməkdaşının ölümü, iki polis əməkdaşının yaralanması ilə nəticələnən yol- nəqliyyat hadisəsi qeydə alınıb. Qəza rayonun Qaracuq kəndi ərazisində baş verib.
Naftalan rayon Prokururorluğundan verilən məlumata görə, Naftalan rayon Polis Şöbəsinin əməkdaşı, 1987-ci il təvəllüdlü Nəsimi Şakir oğlu Kərimov idarə etdiyi “VAZ-2107” markalı, 90- KP- 587 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək,avtomobili yolun kənarına aşırıb. Qəzaya səbəb avtomobilin yüksək sürətlə idarə edilməsi olub.
Hadisə nəticəsində avtomobildə arxa oturacaqda əyləşən sərnişin, 1986-cı il təvəllüdlü Cahid Nazim oğlu Tağıyev yerindəcə keçinib. Digər iki şəxs sürücü Nəsimi Kərimov və 1987-ci il təvəllüdlü Seymur Abbasov müxtəlif bədən xəsarətləri ilə Gəncə 3 saylı Şəhər Xəstəxanasına gətiriliblər.
Gəncə 3 saylı Şəhər Xəstəxanasından ANS PRESS- ə verilən məlumata görə, Seymur Dilqəm oğlu Abbasova ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Sürücünün vəziyyəti isə ağır olaraq qalır.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
Qəzada ölən və yaralananlar Naftalan rayon Polis Şöbəsinin əməkdaşlarıdır.
Qaynar.info