
Goranboy rayonu ərazisindən 1 ədəd partlamamış top mərmisi və digər hərbi sursat tapılıb.
Qaynar.info Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xocalı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Goranboy rayonunun Yuxarı Ağcakənd kəndi ərazisindəki "Alma bağı" adlandırılan ərazidən 1 ədəd partlamamış top mərmisi və digər hərbi sursat tapılıb.
Mərmi və sursat zərərləşdirilmək üçün Azərbaycan Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Çevik Əməliyyat Qrupunun əməkdaşlarına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.