Xəbər lenti

Goranboyda yas mərasiminə gedən ailənin evi qarət olundu - FOTO
Ölkə17:39 18.11.2016

Goranboyda yas mərasiminə gedən ailənin evi qarət olundu - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Goranboy rayonunda fərdi yaşayış evindən oğurluq olub.

"Report"un verdiyi məlumata görə, hadisə rayonun Xoylu kəndində, Sənan Allahverdiyevə məxsus evdə qeydə alınıb.

Belə ki, ailə üzvləri yaxın qohumlarının yas mərasimində olarkən qonşular Allahverdiyevlərin yaşadığı evin pəncərəsini açıq görüb və bu barədə ev sahibinə məlumat veriblər. Onlar yas mərasimindən qayıdarkən evin qarət olunduğunu görüblər.

Zərərçəkənin qardaşı Hüseyn Allahverdiyev sayta bildirib ki, oğrular evə çöl pəncərədən girib, sandıqda olan qızıl-zinət əşyalarını və müəyyən miqdarda pulu götürüblər.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qaynarinfo.Az