Xəbər lenti

Goranboydakı qətliamın tükürpədən təfərrüatları - FOTOLAR
Ölkə05:24 02.10.2014

Goranboydakı qətliamın tükürpədən təfərrüatları - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ölkəni şoka salan cinayətinsensasion detalları;Qayınatasının evinə gecəyarı qumbara atıb 7 qohumunu öldürən RafiqHüseynovu bu cinayətə sövq edən səbəblər üzə çıxır; “Yeni Müsavat”ınəməkdaşları qan gölünə dönən evdən yazır...

Oktyabrın1-i, sübh saat 4:00 radələrində Goranboyda dəhşətli qətliam baş verib.Rayonun Səfikürd kəndində yerli sakin Rafiq Hüseynov əl qumbarası vəodlu silahla qayınatasının evinə hücum edərək, 5-i qadın olmaqla, 7nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb. Bu tükürpədici cinayətailədaxili münaqişə zəminində baş verib, öldürülənlər arasında həyatyoldaşı Südabə Hüseynova da var. 
*   *   *
Evəolunan silahlı hücum nəticəsində qətlə yetirilən şəxslərin adlarıbunlardır: 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü iltəvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlüOfelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızıMəmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cuil təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsaElvin oğlu Məmmədov. 
Onlar qatilin həyatyoldaşının qohumlarıdır. Yaralılar 28 yaşlı Natiq Məmmədov və 30 yaşlıGünel Məmmədova isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasınayerləşdirilib. Natiq və Namiq öldürülən gəlinin qardaşları olub. “YeniMüsavat”ın reportyor qrupu dərhal kəndə yollanıb və hadisənintəfərrüatlarını araşdırıb. 

“Hamınızı yer üzündən siləcəyəm” - qatilin son sözü

***
...Səfikürdkəndində hər kəs bu terrorun şokunu yaşayır. Hadisənin baş verdiyimənzildə otaqların altı üstünə çevrilib. Qatilin evə əl qumbarası atmasınəticəsində 5 nəfər bir otaqda tələf olub, digər otaqda olan iki nəfəriisə əlindəki tüfənglə öldürüb. Natiq isə ona müqavimət göstərərəkyaralı vəziyyətdə evdən çıxarıb.
Bununla qaneolmayan R.Hüseynov üç yaşlı körpənin də başından güllə ilə vuruböldürüb. Otaqların döşəməsi qan gölməçəsinə dönüb, güllələr pəncərələrinşüşələrini çilik-çilik edib, otaqlarda yorğan-döşək dağılıb tökülüb. 
Hadisəbaş verən evin həyətində isə qohum-qonşu toplaşıb, qətliamınsəbəblərini danışırlar. Hadisə baş verən yerə çatan qonşulardan biri eləzənn edib ki, qaz partlayıb. Evə girəndə hər yerdə cəsəd, qan gölügörüb. 
Kənd sakinlərinin sözlərinə görə, qatilhadisədən qabaq qayınatası evinə zəng edərək “hamınızı yer üzündənsiləcəyəm” deyərək təhdid edib. 
Səfikürdsakinləri deyirlər ki, Rafiq qaraqabaq bir adam olub, ayaqqabı tikməkləməşğul imiş. Bu, onun həyatında ikinci evliliyidir. İlk ailəsi ilə cəmi 8ay yaşayıb. Öldürdüyü həyat yoldaşı ilə 1 ay 4 gün əvvəl nikaha girib. 
Camaatındediyinə görə, arvadı ilə arasında mübahisə olub. Səbəb isə arvadınınonun istədiyi ayaqqabını səhv gətirməsi olub. İkinci mülahizə isəonların evinə arvadının əmisi oğlunun gəlməsidir. 
R.Hüseynovun arvadı evə qonaq gələn əmisi oğlu ilə öpüşüb-görüşüb. 
Buda onun xoşuna gəlməyib və arvadının qohumunu döyüb. Sonra isə arvadınıvəhşicəsinə döyməyə başlayıb. Südabə Hüseynova ölümünə döyüldükdənsonra atası evinə qaçıb. Burada isə onun qohumları da olublar. Rafiq“hamınızı yer üzündən siləcəyəm” dedikdən sonra gecəyarısı qayınatasıevinə gələrək kütləvi qətl törədib.
*   *   *
Yasməclisi qurulan həyətə də baş çəkib, hadisənin detallarını öyrənirik.S.Hüseynovanın qohumu olan Allahverdi Allahquliyev deyir ki, Rafiqinetdiyi cinayət ağlasığmazdır: “Südabəni başından vurub, sonra qaynıNamiqi öldürüb. 
Uşağın gözünə qəlpə girib,özüm gördüm. Yaralıların da vəziyyəti çox pisdir. Bu manyak üç ailəniməhv etdi. Üç ailəni gülləbaran etmək nə deməkdir? Adam, deməli,hazırlıqlı gəlib".
A.Allahquliyev bildirdi ki,ailədə kimsə qalmayıb, yas məclisini rayon icra hakimiyyəti təşkil edib:“Gör necə qəddar adamdır ki, körpəni də vurub. Bütün nəsli məhv etdi.Heç kim ailədə qalmadı. Bir ailədən dördü ölüb, biri yaralıdır”.
Onuda deyək ki, yas yerində kənd icra nümayəndəsi Eldəniz Həsənəliyev dəvar idi, məclisin təşkilinə rəhbərlik edirdi. Yas mərasimində rayonunicra başçısı, polis rəisi iştirak ediblər, köməklik göstəriləcəyinibildiriblər. Bakıdan istintaq qrupu da kəndə gəlib, qatilin yaşadığıevin önündə polis postu qoyulub.
*   *   *
R.Hüseynov7 nəfəri öldürdükdən sonra qonşusuna da hücum çəkib, ona güllə atıb.Xoşbəxtlikdən güllə qonşusu Aydın Yusifovdan yan keçib: “5-6 ay qabaqonun atası ilə aramızda məhkəmə çəkişməsi vardı. Guya onların yolunaçəpər çəkmişəm, yolu bağlamışam. Özü ilə heç bir əlaqəm yox idi. Deməli,7 nəfəri öldürüb, ikisini ağır yaralayıb, hirsi soyumayıb. Əvvəlcəgəlib qardaşımı çağırıb, deyib xəstə uşaq var, təcili həkimə çatdırmaqüçün maşın istəyib. Qardaşım deyib ki, maşın texniki baxışdan keçməyib. Oda gəlib məni çağırdı. Sübh saat 5-in yarısı idi, qapını döydü. Yuxuluvəziyyətdə oyandım, bayıra çıxdım, dedi ki, uşaq xəstədi, maşın lazımdı,elə bunu deməklə güllə atmağı bir oldu. Güllə yanımdan keçib, darvazaya dəydi. Tez içəri qaçdım, qapını arxadan bağladım. 
Başladıqapını təpikləməyə. Sonra gedib qardaşımın həyətinə güllə atdı. Yəqinfikirləşib ki, həbs olunacaq, birdəfəlik bizimlə də haqq-hesab çəkməkistəyib. Allah üzümə baxdı ki, güllə yan keçdi. Əgər qardaşımı və mənidə vursaydı, o yaralı iki nəfər də ölsəydi, bir gecəyə 11 adam öldürmüşolacaqdı".
*   *   *
Qatilinbirinci qayınatası, Aydının qardaşı Raqif Muxtarov keçmiş kürəkənihaqda bunları danışdı: “Mənim qızımla 2007-ci ildə ailə qurmuşdu.Haradasa 8 ay evli olublar. Bu müddətdə mən rayonda olmamışam. Sonraöyrəndik ki, qızıma işgəncə verib, döyürmüş, əlini isti suya salırmış,başına vururmuş. Mən bunları bilmirdim. Ondan sonra qızımı ayırdım. 
Adamdeyil, psixdir, xəstədir. Mən bu işgəncələrdən xəbər tutanda RafiqMoskvaya qaçdı. Biz onlarla qohumuq, əmi oğlu sayılırıq. Ağlı başınaadam bunları etməz. Mənim qızıma olmazın işgəncələr verib. İndi biraydır ki, evlənmişdi, üç ailənin həyatına qəsd etdi. Cinayəti eləyəndənsonra təslim olmaq istəməyib. Evə gələndə qardaşı əlindən silahı alıb,polisə aparıb".
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.