Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Qubadlı ərazisində Azərbaycan postları qurulub.
Qaynarinfo xəbər verir ki, REAL TV Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonunun Eyvazlı kəndindən keçən hissəsindən süjet hazırlayıb.
Gorus-Qafan yolu arasında hərəkət edən bütün avtomobillər məhz Azərbaycanın hüquq-mühafizə orqanlarının, eləcə də, sərhəd xidmətinin nəzarətindən keçməklə bu yolla hərəkət edə bilir.
İrandan ola sürücülərin Gorus-Qafan yolundan istifadə edərkən Azərbaycan nəzarət-buraxılış məntəqəsində yoxlanışdan keçirlər.
İrandan İrəvana gedən iranlı sürücülər Azərbaycan nəzarət buraxılış məntəqəsindən razılığını bildirib.
Daha ətraflı süjetdə:
<iframe width="640" height="350" src="https://www.youtube.com/embed/88Dh_1IyOCM" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">