Xəbər lenti

Gorusun Xnatsax kəndi istiqamətində erməni postunda təxribat törədilib (VİDEO)
Ölkə12:16 20.11.2022

Gorusun Xnatsax kəndi istiqamətində erməni postunda təxribat törədilib (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan hərbçilərinin Gorusun Xnatsax kəndi istiqamətində təxribatının videogörüntüləri yayılıb.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, videogörüntülər Ermənistanın Sünik vilayətinin Azərbaycanla həmsərhəd ərazidə yerləşən postda lentə alınıb.
Görüntülərdə sərxoş vəziyyətdə olan ermənilər nalayiq sözlər səsləndirməklə sanki Azərbaycan hərbçilərini təxribata sövq etməyə cəhd göstərir, onlara qarşı silah tətbiq edilməsinə çalışırlar.
Videodan görünür ki, hərbi mövqelər arasında məsafə çox yaxındır.