Xəbər lenti

Güclü külək axşama doğru zəifləyəcək
Ölkə06:00 04.04.2024

Güclü külək axşama doğru zəifləyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hazırda müşahidə edilən güclü külək axşama doğru zəifləyəcək”.
Bu barədə Qaynarinfo-ya Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
"Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində güclü şimal-qərb küləyi əsir. Hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 35 m/s, Naftalanda 28 m/s, Goranboyda 27 m/s, Tərtərdə 22 m/s, Şəmkir, Gəncədə 20 m/s, Mingəçevir, Quba, Ağdam, Bərdədə 18 m/s-yə çatır”, - qurum rəsmisi əlavə edib.