Xəbər lenti

Güclü külək Bakıda evin damını uçurub, xəsarət alanlar var (FOTOLAR)
Ölkə08:11 04.04.2024

Güclü külək Bakıda evin damını uçurub, xəsarət alanlar var (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Güclü külək Bakının Səbail rayonunun Əli Nəzmi küçəsi 2q ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinin damını uçurub.
"Report"un xəbərinə görə, uçmuş dam evin içərisinə tökülüb.
Nəticədə iki nəfər - 22 yaşlı Əmiraslanov Murad İlham oğlu və 52 yaşlı Həsənova Gülbəniz Ərərstun qızı xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.