Xəbər lenti

Güclü külək daş hasarı qaz xəttinin üzərinə aşırdı (FOTOLAR)
Ölkə08:02 15.04.2020

Güclü külək daş hasarı qaz xəttinin üzərinə aşırdı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 15-də gecə saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində əsən güclü küləyin təsirindən vətəndaşa məxsus fərdi yaşayış evinin hasarı aşıb.
"Azəriqaz” İstehsalat Birliyindən Qaynarinfo-ya verilən məlumata görə, hasar aşarkən ərazidən keçən 57 mm diametrində olan qaz xəttinin 30 metrlik hissəsini zədələyərək dirəklərdən yerə salıb. Təhlükəsizlik tədbirləri olaraq aprelin 25-dək evin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Hazırda ərazidə bərpa işləri aparılır.
Qeyd edək ki, hasarı aşan evdə hazırda yaşayış yoxdur.