Xəbər lenti

Güclü külək əsəcək
Ölkə08:40 03.07.2015

Güclü külək əsəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, iyulun 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Şimal küləyinin güclənəcəyi gözlənilir. Paytaxtda havanın temperaturu gecə 22-25, gündüz 26-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 4-də hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda havanın temperaturu gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

Qaynar.info