Xəbər lenti

Güclü külək Gəncədə bir sıra fəsadlar törətdi
Ölkə20:59 12.04.2022

Güclü külək Gəncədə bir sıra fəsadlar törətdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün günorta saatlarından başlayan güclü külək Qərb bölgəsində bir sıra fəsadlar yaranıb.
"Report"un Qərb bürosunun məlumatına görə, külək Gəncənin bəzi küçə və prospektlərində bir neçə yaşayış binasının dam örtüyünü dağıdıb, ağacları kökündən qoparıb, habelə iri budaqlarını sındırıb.
Gülüstan qəsəbəsində yerləşən 33 saylı yaşayış binasının dam örtüyünün bir hissəsi aşıb, Şahsevərlər küçəsində ki, fərdi evin dam örtüyü yararsız hala düşüb.
Nizami Gəncəvi prospektində yerləşən binanın fasad hissəsinə zərər dəyib.
Bundan əlavə, təbiət hadisəsi nəticəsində 3-cü mikrorayon ərazisində, Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərində, Mirzə Abbas Abbaszadə, Azərbaycan Bayrağı, Azərbaycan, Əttarlar və Cavad Xan küçələrində, 6 saylı MİS-in ərazisində, "Nizami” kinoteatrının yanında, Fizuli və Nərimanov parklarında ağacların aşması və budaqların qırılması qeydə alınıb.
Həmin ərazilərdə çalışan MKTİB-in əməkdaşları küləyin törətdiyi fəsadları aradan qaldırır. Uçan dam örtüklərinin təmir-bərpa işlərinə başlanılıb, aşan ağaclar və sınan budaqlar yığışdırılır.
Qeyd edək ki, bölgədə küləkli hava şəraiti davam edir.