Xəbər lenti

Güclü külək sabah da davam edəcək
Ölkə08:37 12.07.2015

Güclü külək sabah da davam edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Həftənin ilk iş günü Bakıda güclü şimal küləyi əsəcək.
Qaynar.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, iyulun 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi ehtimal edilir.
Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 20-25, gündüz 26-31 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında iyulun 13-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 33-37 dərəcə isti olacaq.
Qaynar.info