Xəbər lenti

Güclü külək Tovuzda fəsadlara yol açdı: elektrik enerjisinin verilişi dayandırıldı (FOTOLAR)
Ölkə19:04 20.06.2020

Güclü külək Tovuzda fəsadlara yol açdı: elektrik enerjisinin verilişi dayandırıldı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tovuz rayonunda güclü külək müşahidə olunub.
Qaynarinfo-nun Report-a məlumatına görə, külək Tovuz şəhərində bir sıra fəsadlar törədib.
Belə ki, şəhərdəki bəzi binaların dam örtükləri dağılıb. Bununla yanaşı, ağaclar küləyin təsirindən aşıb, habelə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Güclü külək Qərb bölgəsinin digər rayonlarında da əsir. Qazax rayonunda elektrik enerjisinin verilməsində fasilələr yaranıb.