Xəbər lenti

Güclü qar Lerikdə bir ailəni evsiz qoydu (FOTO)
Foto 13:26 22.01.2026

Güclü qar Lerikdə bir ailəni evsiz qoydu (FOTO)

"Hamarmeşə kəndində qarın ağırlığına tab gətirməyib, damı uçan ev sahibkara məxsus yardımçı tikili, gözətçi evidir. 1 otaqdan ibarət olan sözügedən ev, yaşamaq üçün həmin ailəyə verilib. Görünür, tikinti işləri normaya uyğun aparılmayıb və bu hadisə baş verib".

Bu barədə APA-nın cənub bürosunun sorğusuna cavab olaraq rayon Fövqəladə hallar komissiyasının sədri Habil Məlikov bildirib. 

Qeyd olunub ki, artıq, ailə yaxınlarının evlərinə köçürülüb.

Komissiya sədri onu da bildirdi ki, ötən gecə rayon ərazisində 10 dərəcə şaxta müşahidə olunub. Hazırda qar əriməyə başlayıb. Kəndlərə elektrik enerjisinin verilişi bərpa olunub. Əhalinin sıx yaşadığı kəndlərə gedən yollar qardan təmizlənib. Lənkəran-Lerik yolu tam açıqdır.

Qeyd edək ki, kəndə 1 metrə yaxın qar yağıb.
--> -->