Səbail rayonu, "Kukla” teatrı qarşısındakı "Gül” parkında oğurluq olub.
Qaynarinfo-nun məlumatına görə, hadisəni törədən 1978-ci ildə Sabirabad rayonunda anadan olmuş Kənan (şərtdi) adlı şəxs saxlanılıb.
O, Elnarə (şərti) adlı xanımın "Gül” parkında oturub dincəldiyi oturacağın üzərində unutduğu çantanı götürüb və 250 manat ziyan vurub.
Məhkəmənin qərarı ilə Kənan İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, inzibati tənbeh olaraq 180 saat ictimai işlərə cəlb edilib. Qərarın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılıb. Onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub. O, məhkəmə iclas zalında azad edilib.
Əhməd