Xəbər lenti

Gülağa Bəşirov işdən çıxarıldı
Ölkə14:32 21.11.2017

Gülağa Bəşirov işdən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) direktoru Gülağa Bəşirov vəzifəsindən azad edilib.
"Report" xəbər verir ki, bununla bağlı Azərenerji ASC-nin prezidenti Etibar Pirverdiyev əmr imzalayıb.
E.Pirverdiyevin əmri ilə qurumun yeni direktoru uzun müddət burada baş mühəndis işləmiş Təhmasib Hüseynov təyin edilib.
"Azərenerji” prezidentinin digər əmri ilə G.Bəşirov Şəki Elektrik Stansiyasına direktor təyin olunub.
Xatırladaq ki, Cənubi Qafqazın ən böyük İES-i olan "Azərbaycan”ın gücü 2 400 MVt-dır.
Qaynarinfo.Az