Xəbər lenti

Gülər Əhmədova apellyasiya şikayəti verəcək
Ölkə14:02 03.12.2013

Gülər Əhmədova apellyasiya şikayəti verəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabiq millət vəkili, hazırda həbsdə olan Gülər Əhmədova barəsində Ağır Cinayətlər Məhkəməsinin verdiyi hökmdən apellyasiya şikayəti 1 həftə ərzində veriləcək.

Bu sözləri Movqe.az-a açıqlamasında Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov deyib. F. Əhmədov məhkəmənin hökmünü əllərinə aldıqdan sonra apellyasiya şikayəti verəcəklərini bildirib: "Apelyasiya üçün şikayət ərizəsi hökmün əsasında hazırlanacaq. Ona görə də, hələ hökmün bizə verilməsini gözləyirik".

F. Əhmədov apellyasiya şikayəti zamanı G. Əhmədovanın hüquqlarının qorunması üçün başqa bir vəkil tutulmayacağını bildirib: "Vəkil Əfsər Talıbov işin materialları ilə yaxından tanışdır. Ona görə də hesab edirik ki, vəkilin dəyişdirilməsinə ehtiyac yoxdur".

Xatırladaq ki, dünən Ağır Cinayətlər Məhkəməsində Gülər Əhmədovaya hpkm oxunub. O, 3 il müddətinə azadlıqdan məhrum edilib.  

Qaynar.info