Xəbər lenti

Gülər Əhmədova bu şeiri kimə yazdı? - CIRIQ ŞALVARINI...
Ölkə08:57 23.05.2016

Gülər Əhmədova bu şeiri kimə yazdı? - CIRIQ ŞALVARINI...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Həbsxanadan çıxdıqdan sonra sanki qeybə çəkilən sabiq millət vəkili Gülər Əhmədovanın sosial şəbəkələrdə paylaşdığı yeni şeiri çox maraqla qarşılanıb.

Qaynarinfo.Az-ın verdiyi xəbərə görə, bir çoxları sabiq deputatın bu şeiri kimə ünvanladığını maraq edərək, müzakirlər açıblar.

Maraqlı olduğunu nəzərə alıb həmin şeiri oxucularımıza təqdim edirik.


Mən sənin əlindən tutmuşam, bala
Qarnını doyurub, əyin-baş alıb
Özümü hər dəfə vermişəm yola
Niyə unutmusan haqqımı, bala?

Mən sənin dərdini çəkmişəm hər gün,
Fələklə vuruşub, tale almışam.
Mənə göndərilən hər hədiyyəni
Sənə pay etmişəm, varlı olmusan.
Niyə unutmusan haqqımı, bala?

Mən səni doğmadan ana olmuşam,
Gör neçə qapıda, neçə ünvanda
Adını çəkmişəm, dayı olmuşam.
Mənimçün ayrılan payı yeməyib
Sənin boğazına tökmüşəm, bala.
Niyə unutmusan haqqımı, bala?

Mən səni çəkmişəm bir gəmi kimi
Mənim yelkənimlə düşmüsən yola.
Bütün küləklərə sipər olmuşam.
Niyə unutmusan haqqımı, bala?

Arxalı olmusan, evli olmusan,
Oğullu-uşaqlı, “naqlıy” olmusan,
Arada qudurub quduz it kimi.
Niyə unutmusan haqqımı, bala?

Pula baş əymisən qibləgah seçib
Dünənin yadından tez çıxıb hələ.
Allahı zopasız görmüsən yəqin.
Niyə unutmusan haqqımı, bala?

Bu ellər, obalar tanıyır səni,
Cırıq şalvarını, yoxsul daxmanı,
Kasıb dədəni də salarlar yada.
Niyə unutmusan haqqımı, bala?

Qaynarinfo.Az