Xəbər lenti

Gülər Əhmədova: "İndi düşündüyümü bilmək istəyirsizsə..."
Ölkə05:14 28.06.2014

Gülər Əhmədova: "İndi düşündüyümü bilmək istəyirsizsə..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Ölkədən kənarda müalicə olunmaq üçün heç kimə müraciət etməmişəm”

Qaynar.info musavat.com-a istinadən bildirir ki, bunu sabiq deputat, şərti azadlığa buraxılmış Gülər Əhmədova deyib. Məlumata görə, G.Əhmədova səhhətindəki problemlər yenidən baş qaldırdığı üçün müalicə olunmaq üçün ölkə xaricinə çıxmaq istəyib. Üzərində şərti məhkumluq olduğu üçün rəsmi icazə lazım gəldiyindən sabiq deputat yazılı müraciət edib.
 
Sabiq deputat isə ümumiyyətlə, belə bir müraciətinin olmadığını bildirdi: “Öz ölkəmdə, evimdə, ailəmdəyəm. Müalicə üçün xaricə getmək planım da yxodur. Belə müraciət olmayıb”.

Müsahib yaxın aylarda daha öncə rəhbəri olduğu “Mərkəz” qəzetini bərpa edəcəyi ilə bağlı xəbərləri də təkzib edib. Bildirib ki, qəzeti bərpa etmək kimi bir planı yoxdur.
 
“Ümumiyyətlə, ictimai-siyasi həyata yenidən qayıtmaq planınız yoxdur?” sualına cavabda isə G.Əhmədova deyib ki, sabah nə olacağını heç kim bilmir, eləcə də o: “İndi nə etdiyimi, nə düşündüyümü bilmək istəyirsizsə, mən ancaq ailəmlə məşğulam”.

Qaynar.info