Xəbər lenti

Gülər Əhmədova yeni vəkil tutdu
Ölkə10:58 25.04.2013

Gülər Əhmədova yeni vəkil tutdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı İstintaq Təcridxanasında saxlanılan keçmiş deputat Gülər Əhmədovanın hüquqlarının müdafiəsinə yeni vəkil qoşulub.

1 saylı Hüquq Məsləhətxanasının vəkili Əfsər Talıbov “Media forum” saytına deyib ki, aprelin 23-də Gülər Əhmədovanın ailəsi ilə müqavilə imzalayıb: “Hələlik istintaq materialları ilə tanış ola bilməmişəm. Müstəntiq dedi ki, bunun üçün vəsatət verməliyəm. Hazırda vəsatət hazırlayıram. İstintaq materialları ilə tanış olandan sonra müdafiə tədbirlərinə başlayacam”.

Gülər Əhmədova 2000-2012-ci illərdə parlamentin deputatı olub. Fevralın 13-də Səbail Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunur.

Qaynar.info