Xəbər lenti

Gülər Əhmədovanın əfv xəbəri düz çıxmadı
Ölkə06:53 19.02.2014

Gülər Əhmədovanın əfv xəbəri düz çıxmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Gülər Əhmədovanın əfv olunacağı ilə bağlı xəbərlər şayədir. Biz hələki Əfv Komissiyasına müraciət etməmişik".

Bu sözləri Movqe.az-a açıqlamasında sabiq deputat, hazırda həbsdə olan Gülər Əhmədovanın vəkili Əfsər Talıbov söyləyib. Ə. Talıbov bildirib ki, qaydaya görə, bunun üçün Komissiyaya müraciət olunmalıdır: "Bu xəbər hardan qaynaqlanır bilmirəm. Amma biz hələki Əfv Komissiyasına müraciət etməmişik. G. Əhmədovanın əfv olunması üçün Əfv Komissiyasına müarciət olunub-olunmayacağı isə hələki bəlli deyil".

Qeyd edək ki, "Azadlıq”a daxil olan məlumatlarda sabiq deputat Gülər Əhmədovanın əfv oluna biləcəyi barədə məlumatlar yer alıb.

Qaynar.info