Xəbər lenti

Gülər Əhmədovanın həbs müddəti uzadıldı
Ölkə13:21 07.08.2013

Gülər Əhmədovanın həbs müddəti uzadıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabiq deputat Gülər Əhmədova barəsində seçilmiş həbs-qətimkan tədbiri 3 ay müddətinə uzadılıb. Musavat.com-un məlumatına görə, bu barədə qərarı məhkəmə qəbul edib.

Gülər Əhmədova fevralın 13-də həbs edilib. Baş Prokurorluğun məlumatına görə, istintaqla müəyyən edilib ki, o, keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevi deputat seçilməsinə köməklik etmək barəsində yalan vədlərlə aldadaraq 1.000.000 (bir milyon) ABŞ dollarını ələ keçirməklə dələduzluq edib. Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 307.2 (qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddələri ilə ittiham olunur.

Qaynar.info