
Sabiq millət vəkili, hazırda həbsdə olan Gülər Əhmədovanın oğlu barədə AzNews.az-a yeni məlumat daxil olub. Məlumata görə, G. Əhmədovanın həbs olunmasınının səhəri gün hərbi xidmətdə olan Toğrul Əhmədovun yeri dəyişdirilib. Onu Goranboyun Tapqaraqoyunlu kəndinə aparıblar.
Xatırladaq ki, G.Əhmədova həbs olunmamışdan əvvəl Toğrul Əhmədovun Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət etməyi və hərbi hissə komandirinin sürücüsü işləməsi barədə məlumat verilmişdi. Bildirilirdi ki, ona xüsusi şərait yaradılıb.
Görünür, Toğrulu hərbi hissədə himayə edən şəxslər G, Əhmədovanın həbs edilməsini görüb, onunla bağlı adam olması fikrinin yaranmasından qorxaraq, onu uzaqlaşdırıblar.
Qaynar.info