Xəbər lenti

Gülər Əhmədovanın oğlundan xəbər var - YENİLƏNİB
Ölkə17:35 24.03.2013

Gülər Əhmədovanın oğlundan xəbər var - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

13:09

"Oğlumun vəziyyəti yaxşıdır. Dostu bu gün gedib yanına. Mən də çalışacağam bu gün görüşüm Toğrulla”. 

Qaynar.info xəbər verir ki, bu sözləri Movqe.az-a açıqlamasında Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov söyləyib. Oğlu Toğrul Əhmədovun səhhətində ciddi narahatçılığın olmadığını söyləyən F. Əhmədov hələki həkim ilə görüşmədiyini də bildirdi. F. Əhmədov oğlu ilə bağlı Gülər Əhmədovaya da vəkili vasitəsilə məlumat veriləcəyini söylədi.

Qeyd edək ki, sabiq millət vəkilinin oğlunun sağ qolu əsgərlər arasında qol güləşi zamanı dirsəkdən yuxarıdan sınıb.

21:35

"Toğrul idmançıdır. Bu zədə onun üçün adi bir zədədir. Bu hadisə hərbidə olan hər bir əsgərin başına gələ bilər”. Bu sözləri movqe.az-a açıqlamasında Gülər Əhmədovanın qardaşı İlqar Mikayıloğlu deyib. İlqar Mikayıloğlu Toğrulun idmanın əlbəyaxa döyüş və ağırlıqqaldırma növləri ilə məşğul olduğunu söyləyib: "Toğrulun başına gələn hadisənin şişirdilməsinə heç bir gərək yoxdur. Bu hadisənin qərəzli, qəsdən baş verməsindən isə söhbət gedə bilməz. Mən Toğrulun hərbi xidmət keçdiyi hərbi hissədə olmuşam. Və oradakı şəraitdən, əsgərlərə göstərilən münasibətdən də xəbərdaram. Toğrulun hərbi xidmət keçdiyi hərbi hissədə nəinki mənim bacımın oğluna, heç bir əsgərə qarşı sayqısız davranma ola bilməz.

Mən buna görə həmin hərbi hissənin komandirinə, zabitlərə dərin minnətdarlığımı bildirirəm. Və baş vermiş anlaşılmazlığa görə, onlardan üzr istəyirəm. Toğrulun başına bu hadisə gələn zaman mən bir daha dövlətin, DSX-nın hərbi heyətinin öz əsgərinə necə münasibət göstərdiyinin, necə can yandırdığının şahidi oldum. Onların hər biri Toğrulun zədə almasından narahatçılıq keçirirdilər. Buna görə, onlara minnətdaram. O ki, qaldı Toğrulun qolunun sınmasına, bu, Toğrul üçün adi bir zədədir. İdmanla məşğul olan, hərbi xidmətdə olan hər kəs bilir ki, bu cür hadisələr təlim zamanı baş verə bilər. Toğrul sağaldıqdan sonra yenidən hərbi hissəyə qayıdacaq və onun üçün şərəf olan hərbi xidmətini davam etdirəcək”.

Qaynar.info