
Daxili İşlər Nazirliyi (DİN) Balakəndə güllələnmiş kişi meyitinin tapılması faktı ilə bağlı məlumat yayıb. Qaynar.info nazirliyin saytına istinadən xəbər verir ki, oktyabrın 3-də Balakən rayonu ərazisində Qullar kənd sakini Vaqif Umarovun ov tüfəngindən açılmış atəşlə qətə yetirilmiş meyiti tapılıb.
Hadisə yerində “İJ-12” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Balakən Rayon Polis Şöbəsi əməliyyat-axtarış tədbirləri aparır.
Hadisənin Balakən rayonunun Gərəkli kəndində dağlıq ərazidə qeydə alındığı bildirilib. Məlumata görə, meşə zolağında qətlə yetirilmiş kişi meyitinin tapılması barədə polisə məlumat daxil olub.
Polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gedib. Araşdırmalar zamanı qətlə yetirilən şəxsin rayonun Qullar kənd sakini, 1982-ci il təvəllüdlü Umarov Vaqif İbrahim oğlu olması müəyyən edilib. Güllə onun döş qəfəsinin sağ nahiyəsindən daxil olaraq kürək nahiyəsindən çıxıb.
Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qaynar.info