Xəbər lenti

Gültəkin Hacıbəyli də AXCP-Müsavat davasına qoşuldu
Ölkə07:00 18.01.2014

Gültəkin Hacıbəyli də AXCP-Müsavat davasına qoşuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli Müsavat Partiyası Divanının üzvü İkram İsrafilin cavab Cəmil Həsənliylə bağlı dediklərinə bir cümlə ilə cavab verib. 
AzNews.az-ın məlumatına görə, Gültəkin Hacıbəyli öz “facebook” səhifəsində yazıb: “Üzərinə düşən missiyanı ləyaqətlə yerinə yetirən Cəmil Həsənli niyə bu prosesdən çəkilməli idi?” 
Xatırladaq ki, Cəmil Həsənli AzNews.az-a müsahibəsində Milli Şuraya qarşı yönələn “qara-piar” haqda danışarkən bildirmişdi ki, Milli Şuraya qarşı əsas dağıdıcılıq və pozuculuq işini “Yeni Müsavat” qəzeti aparır. 
İkram İsrafil isə C.Həsənlinin bu açıqlamasına təəssüfünü bildirmişdi və AzNews.az vasitəsilə müəyyən tövsiyələr vermişdi: “Siz üzərinizə düşən missiyanı ləyaqətlə həyata keçirdiniz. Bundan sonra Cəmil müəllim, bu prosesdən çəkilməli və tarixçi kimi öz missiyasına qayıtmalı, Azərbaycan tarixinin araşdırılması ilə məşğul olmalıydınız”.
Qaynar.info