"Törədilmiş əmələ hüquqi qiymət verilməli, günahkarlar cəzalandırırlmalıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında rejissor Elvin Adıgözəl onu küçədə vurub qaçan velosipedçilərdən danışarkən deyib.
O, baş vermiş hadisəyə hüquqi qiymət verilməsinin tərəfdarı olduğunu diqqətə çatdırıb:
"Ümumiyyətlə, şəhərdə, küçədə, istənilən yerdə insanların rahat gəzməsi, yolun qarşısına keçməsi, avtobus dayanacağında gözləməsi təhlükəsiz olmalıdır. Dəxli yoxdur velosiped yolu var, ya yoxdur. Eyni zamanda, velosiped, skuter, avtomobil sürən hər kəs anlamalıdır ki, onlar dəmirdən vasitə idarə edirlər, insanlar isə əliyalındır. Mənim hadisə günü yaralı şəkildə yolun kənarında köməksiz qalmağımı, sürünərək taksiyə getməyimi və özümü xəstəxanaya çatdırmağımı, anamın çığırtılarını bu ölkədə heç kimin yaşamasını arzu etmirəm. Bu səbəbdən hadisəyə hüquqi qiymət verilməsini istəyirəm"
Elvin Adıgözəl baş verən hadisəni ictimailəşdirən media nümayəndələrinə, fəallıq göstərən hər kəsə təşəkkür etdiyini qeyd edib.
Qeyd edək ki, rejissor Elvin Adgözəl paytaxtın Nəsimi rayonu ərazisidə qəza keçirib. Avqustun 25-də 3 velosipedçi Elvin Adgözəli vurub qaçıb. DİN-in yaydığı məlumata görə, E.Adgözələ qarşı hüquqazidd hərəkətlər edən E.Əsgərov, C.İsmayılov və Q.Abdullayev polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıblar. Fakt üzrə Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Hadisə nəticəsində rejissorun qolu sınıb, dizləri əzilib və çoxsaylı xəsarətlər alıb. Hadisəni törədənlər təcili yardım çağırmaq əvəzinə Elvin Adögəzli yolun ortasında qoyub oradan qaçıblar. Məcburiyyət qarşısında qalan rejissor taksi ilə xəstəxanaya gedib.
Bahar Rüstəmli