
Gündəlik istifadə etdiyimiz əşyalar əslində özündə həm alimlərə, həm də insanlara maraqlı olacaq “sirli” tərəflər saxlayır.
“Qaynarinfo” sizə qidalarla bağlı “sirli” görünən tərəfləri aşkara çıxaracaq. Sizə ən maraqlı, təəccübləndirici və qəribə faktları təqdim edirik:

1)Əslində bibərin rəngi onun dadı haqda heç nə demir. Dadının nə dərəcə acı olduğunu bilmək istəyirsinizsə sadəcə ölçüsünə baxmaq kifayətdir. Nə qədər kiçikdirsə, o qədər acıdır.

2)Nə qədər inanmaq çətin olsa da, ağcaqanadlar banan iyinə qarşı çox həssasdırlar. Banan yesəniz bilin ki, hədəf sizsiniz.

3)Avokado isə çox qəribə meyvədir.

4)Heç vaxt, heç vaxt quşları avokado ilə yemləməyin. Hətta çox istəsələr, ac olsalar belə bunu etməyin. Bu quşlar üçün ən zəhərli hesab edilən meyvələrdəndir.

5) Cazibə qüvvəsi bizimlə sanki oyun oynayır. Bəs ona necə güc gələ bilərik? Təəssüf ki, heç cürə. Barışmaqdan başqa yolumuz yoxdur.

6) Butulkalardakı suların hər biri bir-birindən fərqlidir. Lakin siz onlar arasındakı fərqi heç vaxt ayırd edə bilməyəcəksiniz.

7) Qida tərkibindəki rəngləndiricilər uşaqlarda hiperaktivlik yaradır. Xüsusilə də, qırmızı və sarı rənglər.

8) Qəhvə dənələri əslində giləmeyvədir. Əslində onlara “qəhvə giləmeyvələri” deyilir. Belədir ki, artıq həddindən artıq qəhvə içəndə “giləmeyvə şirəsi içdim” deyə bilərsiniz.
9) Köhnə dəmi içmək olmaz. Yaponların fikrincə, “dünəndən qalmış çay ilan zəhərindən pisdir”. Köhnə dəm mədə divarlarını yandırır.

10)Bioloqlar iddia edir ki, bal qaldıqca vitaminləri artır.

11)Tünd şokolad isə orqanizmamızın ən çox qeydinə qalan qidadır. Belə ki, o, qanda şəkərin mkiqdarını tənzimləyir.

12)Və ən önəmli detal, istənilən yemək, məhsul axşam daha dadlı olur.
Nərmin Həsənli
Qaynarinfo.Az