
Azərbaycan Respublikası CM-nin 213.2.2-cı maddəsinə əsasən ittiham olunan “Gündəm Xəbər” qəzetinin təsisçisi və baş direktoru Şirin Cəfəri barəsində Kəpəz rayon məhkəməsində 11 aprel 2013-cü il saat 15:00-da keçiriləcək məhkəmə prosesi təxirə salınaraq 18 aprel 2013-cü il tarixinə, saat 11:00-a təyin edilib.
Məhkəmənin təxirə düşməsinə səbəb Şirin Cəfərinin Kəpəz rayon məhkəməsinin hakimi Yaşar Həşimova ərizə ilə müraciət etməsi olub.
Bu barədə Qaynar.info-ya "Gündəm Xəbər" qəzetindən İlham Hacalı məlumat verilib.
Məlumata görə, təsisçi ərizə yazaraq dövlət hesabına tutulan vəkil Yusif Hüseynovdan imtina edib. Bundan sonra isə onun hüquqlarının müdafiəsi özünün müqavilə bağladığı vəkil Niftəliyev Zaur Gülaməddin oğlu tərəfindən həyata keçiriləcək.
Təsisçi bunu nəzərə alaraq xahiş edib ki, məhkəmə iclasının vaxtını başqa vaxta keçirilsin. Bundan əlavə, Ş.Cəfərinin müdafiəçisi Z. Niftəliyevin məhkəmədə hansısa üzürlü səbəbdən iştirak etmədiyi və məhkəmə iclasının vaxtını başqa vaxta keçirilməsi haqqında yazdığı ərizəsi də məhkəməyə təqdim olunub.
Beləliklə, müvafiq maddə ilə ittiham olunan Ş.Cəfərinin və onun numayəndəsi Z. Niftəliyevin xahişləri nəzərə alınaraq növbəti məhkəmə prosesi 18 aprel 2013-cü il tarixinə saat 11:00-a təyin edilib.
Qaynar.info