
Xüsusilə yay aylarında üz nahiyəsi günəşdən çox təsirlənir. Həssas olan bölgələrdə günəşin şüalarından yaranan tend ləklər bəzənsə çillər yaranır.
Qaynarinfo.Az xanımların kabusu olan bu ləkələrdən qurtulmağın yolunu təqdim edir:

Sizə 3 vasitə lazım olacaq. Qatıq, karbonat(soda) və qarğıdalı unu.
Hazırlanması və tətbiqi: 1 yemək qaşığı qatıq, bir çay qaşığı karbonat və bir desert qaşığı qarğıdalı unu(marketlərdə var) qarışdırılır. Maskanı təmiz dəriyə, fırça köməyi ilə vurulur. Göz və dodaq kənarlarına çəkmək olmaz. Dəri ləkəsi, sızanaq izi olan nöqtələrə sıx olaraq tətbiq edə bilərsiniz.
Üzünüzdə yara, iltihablı sızanaq və uçuq kimi açıq yaralar varsa maskadan istifadə etməyin. Çünki yandıracaq.
Qaynarinfo.Az