XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Gürcüstan Avropadakı gələcəyi ilə bağlı sınaq qarşısında - Blinken xəbərdarlıq etdi
Dünya10:20 27.05.2024

Gürcüstan Avropadakı gələcəyi ilə bağlı sınaq qarşısında - Blinken xəbərdarlıq etdi

ABŞ Dövlət katibi Entoni Blinken Gürcüstanı Avro-Atlantik gələcəyi ilə bağlı həlledici aylar gözlədiyi barədə xəbərdarlıq edib.
Qaynarinfo 1TV-yə istinadən xəbər verir ki, bu barədə Blinkenin Gürcüstanın Müstəqillik günü münasibətilə təbrik bəyanatında deyilir.
Bəyanatda Dövlət katibi ötən ilin gürcü xalqı üçün əhəmiyyətli olduğunu qeyd edib və Gürcüstanın Aİ-yə namizəd statusu aldığını xatırladıb.
"Növbəti bir neçə ay bu fürsəti reallaşdırmaq üçün kritik olacaq", - deyə Blinken bildirib.
O əlavə edib ki, Birləşmiş Ştatlar gürcü xalqının Avro-Atlantik gələcəyə olan istəklərini güclü şəkildə dəstəkləməyə davam edəcək.
Blinken həmçinin gürcü liderlərini "Gürcüstanı düzgün istiqamətə aparmaq üçün lazım olan addımları atmağa” çağırıb.
Nizami Bağırov