Xəbər lenti

Gürcüstan azərbaycanlı müxalifətçini deportasiya edir
Ölkə07:43 22.03.2017

Gürcüstan azərbaycanlı müxalifətçini deportasiya edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Martın 21-də Tbilisi Apellyasiya Məhkəməsi azərbaycanlı siyasi fəal Daşqın Ağalarlının siyasi oturumunu ləğv edib. D.Ağalarlıya bu hüququ Tbilisi şəhər Məhkəməsi vermişdi. Apellyasiya Məhkəməsi həmin qərarı ləğv edib.

"Qaynar" xəbər verir ki, bu haqda “Turan”a Gürcüstanda yaşayan siyasi fəal Əfqan Muxtarlı bilgi verib.

Məhkəmə qərarına əsasən, D.Ağalarlı bundan sonra Gürcüstan ərazisində 1 ay qala bilər. Ardınca ölkəni tərk etməlidir. Əks halda o, deportasiya olunacaq.

D.Ağalarlı 2014-cü il martın 3-də Türkiyədən Gürcüstana keçərkən Batumidə İnterpol xətti ilə saxlanılmışdı.

Azərbaycanın hüquq mühafizə qurumları müxalifətçinin 4500 avro vergi borcunun olması əsası ilə onu İnterpol xəttilə axtarışa vermişdi. D.Ağalarlı 6 ay Tbilisi təcridxanasında saxlanılmışdı.

Qaynar.Az