Xəbər lenti

Gürcüstan DİN azərbaycanlıların yaşadığı qəsəbədə xüsusi əməliyyat keçirdi
Ölkə06:56 20.09.2017

Gürcüstan DİN azərbaycanlıların yaşadığı qəsəbədə xüsusi əməliyyat keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlıların yaşadığı qəsəbədə keçirilmiş xüsusi əməliyyatla bağlı məlumat yayıb.

"Qaynarinfo"nun APA-ya istinadən məlumatına görə, sentyabrın 19-da axşam Tbilisidə azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində keçirilmiş xüsusi əməliyyat nəticəsində bir nəfər saxlanılıb. 1974-cü il təvəllüdlü N.N. adlı şəxsin evində aparılmış axtarış nəticəsində 43 bağlama narkotik vasitə tapılaraq müsadirə olunub.

İstintaq müəyyənləşdirib ki, saxlanılan şəxs mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olub. Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, ötən ay qəsəbədə keçirlmiş xüsusi əməliyyatlar nəticəsində narkotik cinayətkarlığına görə 6 nəfər saxlanılıb. 

Qaynarinfo.Az