Xəbər lenti

Gürcüstan prezidenti:
Dünya 18:27 30.10.2023

Gürcüstan prezidenti: "Bu, Rusiyanın qələbəsi olacaq"

Gürcüstan prezidenti Salome Zurabişvili hesab edir ki, Avropa İttifaqı Tiflisə siyasi birliyə üzv olmaq üçün namizəd statusu verməsə, bu, Rusiya üçün böyük qələbə olacaq. 

Qaynarinfo xəbər verir ki, prezident bu barədə "CBS News"a müsahibəsində danışıb.

Zurabişvili həmçinin bildirib ki, Birləşmiş Ştatlar tərəfindən Vaşinqtonun Tiflisin Avropa İttifaqına namizədliyini dəstəklədiyinə dair müəyyən ictimai etirafa ehtiyac var.

"Mən bilirəm ki, ABŞ bizim avropalı tərəfdaşlarımızla bu dildə danışır, lakin bunun ən yüksək səviyyədə təkrarlanması Gürcüstan əhalisi üçün əhəmiyyətli olardı", deyə Zurabişvili vurğulayıb.

Gürcüstan prezidenti bəyan edib ki, Avropa İttifaqı gürcülərin assosiasiyaya üzv olmaq lehinə tarixi seçimini dəstəkləməli və respublikaya namizəd statusu verməlidir.

"Mən bu ölkənin prezidenti kimi tərəfdaşlarımıza müraciət edirəm, çünki mən bu xalqı və onun tarixi seçimini təmsil edirəm və bu insanlarla birlikdə və onların adından namizəd statusunun verilməsini xahiş etməyə tam qanuni və səlahiyyətim var", deyə Zurabişvili qeyd edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->