Xəbər lenti

Gürcüstan prezidentinin impiçmenti prosesi başladı
Dünya 11:54 01.09.2023

Gürcüstan prezidentinin impiçmenti prosesi başladı

Hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyası prezident Salome Zurabişvilinin impiçment proseduruna başlandığını elan edib.

Qaynarinfo xəbər verir ki, bu barədə partiyanın lideri İrakli Kobaxidze sentyabrın 1-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, prezident Salome Zurabişvili ölkə Konstitusiyanı kobud şəkildə pozub: "Gürcüstan Konstitusiyası onun pozulmasına cavab vermək üçün yeganə effektiv hüquqi mexanizm - impiçmenti nəzərdə tutur. Dünən və srağagün biz dəfələrlə qeyd etmişik ki, konstitusiyanın kobud şəkildə pozulmasına baxmayaraq, indiki siyasi şəraitdə impiçment prosedurunu başa çatdırmaq mümkün deyil. İmpiçment 100 parlamentarinin dəstəyini tələb edir və buna görə də radikal müxalifətin səsi olmadan onun həyata keçirilməsi perspektivi yoxdur. Lakin buna baxmayaraq, partiyanın Siyasi Şurasının iclasında biz Gürcüstan prezidentinə qarşı impiçment proseduruna başlamaq qərarına gəldik”.

Qeyd edək ki, Zurabişvili avqustun 31-də Gürcüstanın Avropa İttifaqına namizədliyinin dəstəklənməsi üçün xarici dövlətlərin liderləri ilə görüşmək məqsədi ilə Avropaya səfəri edib. Gürcüstan hökuməti isə ona bu səfəri rəsmi şəkildə rədd edib.

Prezidenti impiçment göstərilməsi üçün deputatların 2/3-sinin razılığı kifayətdir. Parlamentdə hakim partiyanın 84 üzvü var. İmpiçmentə isə 100 səs lazımdır. 50 deputatın imzası etimadsızlıqla bağlı prosedura başlamaq üçün kifayətdir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->