Xəbər lenti

Gürcüstanda azərbaycanlı qətlə yetirildi
Ölkə20:00 23.10.2017

Gürcüstanda azərbaycanlı qətlə yetirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 Gürcüstanın Saqareco rayonunun Keşalo kəndində azərbaycanlı soyuq silahla qətlə yetirilib.
"Qaynarinfo"  APA-ya istinadən xəbər verir ki, 30 yaşlı Məcid Məmmədovun qətlinə səbəbin borc olduğu bildirilir. Yerli sakinlərin sözlərinə görə, M.Məmmədov ona borclu olan şəxsdən pulu ala bilməyib və əvəzində qiymətli əşyalar tələb edib.
Qətli törədən şəxs artıq müəyyən olunub və onun həbsi üçün tədbirlər həyata keçirilir. Faktla bağlı cinayət işi açılıb. 
Qaynarinfo.Az