Xəbər lenti

Gürcüstanda baş verən zəlzələ Azərbaycanda 3 baldan çox hiss olundu
Ölkə11:40 12.07.2016

Gürcüstanda baş verən zəlzələ Azərbaycanda 3 baldan çox hiss olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan-Gürcüstan sərhədində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a verilən xəbərə görə, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 14:03-də Qazaxdan 94 km şimal-qərbdə Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ Azərbaycanın yaxın yaşayış məntəqələrində - Qazax, Tovuz, Ağstafa, Şəmkir rayonlarında, Gəncə şəhərində 3 baldan çox hiss olunub.

Yeraltı təkanların maqnitudası 5.2, dərinliyi 13 km olub.  

Qaynarinfo.Az