Xəbər lenti

Gürcüstanda deputatlığa namizəd olan azərbaycanlı güllələndi
Ölkə05:15 20.10.2017

Gürcüstanda deputatlığa namizəd olan azərbaycanlı güllələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Qızılhacılı kəndində deputatlığa namizəd güllələnib.

"Qaynarinfo"nun report-a istinadən məlumatına görə, hadisə oktyabrın 19-da axşam saatlarında baş verib.

Yaralanan şəxs "Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə majoritar namizəd irəli sürülən Ceyhun Çovdarovdur.

Hadisə Qızılhacılı kəndindəki seçki qərargahının önündə baş verib.

Məlumata görə, deputatlığa namizədin dostları - Anar Məmişov, Vüqar Bayramov və C. Çovdarovun qaynatası Azad Çobanov da güllə yarası alıblar.

Cinayəti törədənlər haqqında məlumat verilmir. Hadisə zamanı kənd sakini Elmar Hüseynov da sol ayaq nahiyəsindən güllə yarası alıb.

Hazırda Ceyhun Çovdarov, qayınatası Azad Çobanov, digər kənd sakinləri - Vüqar Bayramov, Anar Məmişov və Elmar Hüseynov Marneulidəki xəstəxanadadırlar. Vəziyyəti nisbətən yaxşı olan Anar Məmişov xəstəxanadan evə buraxılıb. Digər yaralıların da vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Gecə saatlarında Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili hadisə yerində olub və cinayətkarların təcili tapılaraq istintaqa cəlb olunması barədə tapşırıqlar verib. 

Qaynarinfo.Az