
Gürcüstanda eynicinsli nikahlarla bağlı referendumun keçirilməsi ilə bağlı məsələ Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, referenduma çıxarılacaq məsələnin təşəbbüs qrupu 7 nəfərdən ibarətdir.
Ölkə vətəndaşlarının cavablandıracağı suallar isə bu şəkildə veriləcək: “Gürcüstanda eynicinslilər arasında nikah bağlanmasını istəyirsiniz, ya yox?”.
Referendumun keçiriləcəyi tarix hələ açıqlanmayıb.
Qaynar.info