Xəbər lenti

Gürcüstanda hökumətyönlü telekanalların yayımı kəsilib, DTX araşdırma aparır
Ölkə20:30 13.10.2025

Gürcüstanda hökumətyönlü telekanalların yayımı kəsilib, DTX araşdırma aparır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanın "Teleİmedi” media holdinqinə daxil olan "İmedi”, "Maestro” və "GDS” televiziya kanallarının yayımı 45 dəqiqə ərzində dayanıb.
APA xəbər verir ki, "İmedi” teleşirkətinin müraciəti əsasında Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) sabotaj maddəsi ilə araşdırmalara başlayıb.
DTX hazırda müvafiq istintaq tədbirlərini davam etdirir.
"İmedi”nin yaydığı məlumata əsasən, telekanalın yayımı naməlum səbəbdən qəfildən kəsilib. Teleşirkət nasazlığın yaranmasında cinayət əməlinin mümkünlüyünü istisna etmir.
Qeyd edək ki, "İmedi”, "Maestro” və "GDS” Gürcüstanın hökumətyönlü telekanalları kimi tanınır.