Xəbər lenti

Gürcüstanda “xarici agentlər”lə bağlı Konstitusiya Məhkəməsinə müraciət edildi
Dünya 12:33 29.07.2024

Gürcüstanda “xarici agentlər”lə bağlı Konstitusiya Məhkəməsinə müraciət edildi

Gürcüstan müxalifəti xarici agentlər haqqında qanunla bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Mtavari Arkhi” telekanalı məlumat yayıb.
 
Telekanalın məlumatına görə, deputatlar iddia qaldırmazdan əvvəl qanunun ayrı-ayrı müddəalarına deyil, bütün qanuna etiraz ediblər. Müxalif gürcü siyasətçiləri hesab edirlər ki, "Xarici təsirin şəffaflığı haqqında" qanun ölkə konstitusiyasının hökumət orqanlarını ölkənin Avropa İttifaqı və NATO-ya daxil olması üçün bütün tədbirləri görməyə məcbur edən bəndinə ziddir.

Parlamentarilərin fikrincə, xarici agentlər haqqında qanun Avropaya inteqrasiyanı əngəlləyir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->