Xəbər lenti

Gürcüstanda yeni siyasi blok yaradıldı
Ölkə15:00 05.08.2016

Gürcüstanda yeni siyasi blok yaradıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstanda "Vətəndaş platforması - Yeni Gürcüstan", "Yeni siyasi mərkəz - Qirçi" və "Yeni sağçılar" Partiyası "Vaşadze-Caparidze-Yeni seçim" birgə siyasi blokun yaradıldığını bəyan edib.

Qaynarinfo.Az report-a istinadən bildirir ki, bu barədə blokun liderlərindən biri Giorgi Vaşadze məlumat verib.

Onun sözlərinə görə, bu qərar birgə məsləhətləşmələr və qarşıdakı parlament seçkilərində vahid blok kimi çıxış etmək perspektivlərinin müzakirəsindən sonra, Gürcüstanın düzgün sosial-iqtisadi inkişaf proqramının yaradılması məqsədilə qəbul edilib.

"Biz ölkəyə yeni perspektivlər verməli olan yeni siyasi blok yaradırıq. Sizə gələcək və keçmiş arasında seçim imkanı təklif edirik", - deyə G.Vaşadze bildirib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri bu il oktyabrın 8-də keçiriləcək.

Qaynarinfo.Az