Xəbər lenti

Gürcüstandan daha 281 nəfər Azərbaycana təxliyə olunacaq
Ölkə18:45 03.09.2020

Gürcüstandan daha 281 nəfər Azərbaycana təxliyə olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah Gürcüstandan 281 nəfərin Azərbaycana təxliyəsi təşkil olunacaq.
Bu barədə "Report”un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Həmin şəxslərin 123-ü Azərbaycan, 151-i Gürcüstan, 5-i Rusiya, biri Türkiyə, digəri isə Ukrayna vətəndaşıdır.
Bu gün onlar Tbilisidə xüsusi laboratoriyada koronavirusla bağlı test olunublar. Nəticələrin sabah səhər açıqlanacağı gözlənilir.
COVID-19 aşkarlanmayan şəxslər sabah səfirliyin təşkilatçılığı ilə 5 avtobuslarla Azərbaycanla sərhəddəki "Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaq.
Səfirlikdən qeyd olunub ki, Gürcüstan vətəndaşlarının Azərbaycana növbəti təxliyəsi sentyabrın 8-nə nəzərdə tutulub.